11:13 - 3.12.2020
3 dekabr, Fineko/abc.az. Azərbaycanın aparıcı istixana kompleksi - “Binə Aqro” QSC-nin yenidən təşkil olunması prosesi başa çatıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, proses çərçivəsində səhmdar cəmiyyətinin nizamnamə kapitalı 2 min manatdan 164 min manata çatdırılıb.
Kapital artımı “Binə Aqro” ilə eyni hüquqi ünvanda fəaliyyət göstərən və eyni şəxsin rəhbərlik etdiyi 2 şirkətin – “Habako Konstrakşn” və “Alfa Aqro” QSC-lərin 1-ciyə qoşulması ilə bağlıdır.
Son nəticədə ləğv olunmuş şirkətlərin müvafiq olaraq 160 min manat və 2 min manat məbləğində nizamnamə kapitalı “Binə Aqro”nun kapitalına əlavə olunub.
8 Avqust 2026
8 Avqust 2026