11:57 - 19.02.2018
19 fevral, Fineko/abc.az. Özbəkistan, yeni hökumətin rəhbərliyi ilə, prioritet sahələrin inkişafı üçün beşillik strateji plan hazırlayıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Musa Məmmədovla görüşdə Özbəkistanın səfiri Şerzod Fayziyev bildirib ki, Özbəkistanın bu istiqamətdə Azərbaycan təcrübəsindən öyrənə biləcəyi çox şey var.
“Özbəkistanda həyata keçirilən islahatlar həmçinin dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə və investisiya mühitinin yaxşılaşdırılmasına yönəldilib. Diplomatik missiyanın rəhbəri olaraq şəxsən azərbaycanlı iş adamlarının Özbəkistandakı investisiyalarına tam zəmanət verirəm,”- deyə səfir bildirib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026