16:35 - 27.11.2020
27 noyabr, Fineko/abc.az. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.
Bu barədə ABC.AZ “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına istinadən xəbər verir.
Qeyd olunur ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.