10:45 - 27.11.2020
27 noyabr, Fineko/abc.az. Ermənistandakı Rusiya Cənub Hərbi Dairəsinin rus hərbçisi ölü tapılıb.
ABC.AZ-ın məlumatına görə, cəsədi tapılan rus hərbçisi müqavilə ilə xidmət edirmiş.
Məsələ ilə bağlı Rusiya Cənub Hərbi Dairə hərbi bazasının komandanlıq komissiyası Ermənistandakı hüquq-mühafizə orqanları ilə birlikdə araşdırma aparır.
“Hərbçinin cəsədi həmkarı tərəfindən hərbi hissə ərazisindən kənarda, yaşayış yerində aşkarlanıb. Əsgərin cəsədində zorakılıq əlamətləri tapılmayıb” deyə yayılan məlumatda qeyd olunub.
Müəllif: Elmir Murad