10:03 - 27.11.2020
27 noyabr, Fineko/abc.az. Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımayacağını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, bu Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Belə ki, Fransa XİN-dən bildirilib ki, noyabrın 25-də Senat Fransa hökumətini öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib.
"Səsvermədən əvvəl aparılan müzakirələr zamanı Fransa XİN-in dövlət katibi Jan-Batist Lemuan məsələ ilə bağlı Fransa hökumətinin mövqeyini xatırladıb - Fransa öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ respublikası"nı tanımır", - deyə bəyanatda qeyd olunub.