11:04 - 17.11.2020
17 noyabr, Fineko/abc.az. Sentyabrın 27-də başlayan və Azərbaycanın qələbəsi ilə bitən Vətən müharibəsində ölkəmiz 28 illik torpaq həsrətinə son qoymuş oldu.
Ərazi bütövlüyümüzü bərpa edilməklə yanaşı uzun illərdir qələbəni dadmaq istəyən xalqımız nəhayət arzusuna çatdı.
Minlərlə insan qələbə sevincini küçələrə çıxaraq qeyd elədi. Təbii ki, bu qələbədə xalqımızın birliyi, Ordumuzun böyük şücaəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və cəsur addımları böyük rol oynadı.
Müzəffər Ali Baş Komandan İ.Əliyevin qətiyyətli siyasəti, Ordu quruculuğundakı tapşırıqları sonda xalqımızın böyük qələbəsi ilə nəticələndi. Azərbaycan xalqı bu günü, bu bayramı uzun illərdir gözləyirdi. Müzəffər Ali Baş Komandan xalqa verdiyi digər vədlər kimi buna da əməl edərərk, bir daha millətinin yanında olduğunu sübut eləmiş oldu. Dövlət başçısı bütün dünyaya Azərbaycanın qüdrətini, Ordusunun gücünü göstərmiş oldu. Qələbə tək torpaqlarımızı geri qaytatmadı, eyni zamanda dövlətimizin istənilən tapşırığı yerinə yetirən Ordusu olduğunu göstərdi.
ABC.AZ xəbər verir ki, qələbədən dərhal sonra sosial şəbəkələrdə minlərlə insan Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi təşəbbüsü ilə çıxış etməyə başlayıb. Hətta bununla bağlı sosial şəbəkələrdə səhifə və qruplar da yaradılıb. Bu təşəbbüslə çıxış edənlər tək sosial şəbəkə istifadəçiləri deyil.
Eyni zamanda bir qrup ziyalı və ictimai xadim də artıq bu təkliflə çıxış edir. Onlar da ən qısa zamanda möhtəşəm qələbəmizdə böyük paya sahib olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə Milli Qəhrəman adı verilməsini istəyir. Əminik ki, ən tez bir zamanda insanların bu arzusu da gerçəkləşmiş olacaq.
Müəllif: Elmir Murad
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026