11:47 - 16.11.2020
16 noyabr, Fineko/abc.az. 2020-ci ilin üçüncü rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2497 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
ABC.AZ-ın məlumatına görə, bu barədə "BP Azərbaycan" şirkətinin hesabatında qeyd olunub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni dpvründə BP şirkətində Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər idi.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026