Daha bir yol yenidən qurulur – Foto

12:04 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulmasına başlayıb.

Agentlikdən ABC.AZ-a daxil olan məlumata görə, yolun layihəsi bu il iyulun 29-da İsmayıllı rayonunun Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun açılışında Prezident İlham Əliyevə təqdim olunub.

Yol paytaxtı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur.

Hər il uzunluğu 40 km olan bu yolu sürüşmələrdən qorumaq üçün təmir-tikinti işləri aparılmasına, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və s.tədbirlərə baxmayaraq, yolda müəyyən problemlər yaranır.

Məhz bu səbəbdən Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verib.