11:26 - 13.11.2020
13 noyabr, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin daha 4 rayon polis şöbəsi işğaldan azad edilən ərazilərə köçürülüb.
ABC.AZ-ın məlumatına görə, artıq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı Rayon Polis Şöbələri komendantlıq vəzifəsini icra etmək üçün işğaldan azad edilən həmin rayonlara köçürülüb.
Müvəqqəti komendantlar hər rayon üzrə xüsusi idarəetməni həyata keçirirlər. Həmin ərazilərdə müvəqqəti xüsusi idarəetmə zamanı Daxili Qoşunların yüksək rütbəli zabitləri isə komendanta müavin təyin edilirlər.
Hazırda RPŞ əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları birgə xidmət aparılar.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026