10:30 - 13.11.2020
13 noyabr, Fineko/abc.az. AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.
ABC.AZ xəbər verir ki, iclasda Yüksək Texnologiyalar Parkının rezidenti olmaq üçün müraciət etmiş “Bakı Polimer İstehsalat” MMC-nin nümayəndəsi Cavid Hüseynov təmsil etdiyi müəssisənin 5 ildən çoxdur ki, Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən biri olduğunu vurğulayıb.
Qeyd edib ki, “Bakı Polimer İstehsalat” MMC-nin əsas məqsəd bazara keyfiyyətli və yerli istehsala əsaslanan məhsulun çıxarılmasıdır. İclasda “Bakı Polimer İstehsalat” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
Müəllif: Elmir Murad
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026