Abxaziyadan Qarabağa döyüşməyə gələnlər həbs olunacaq – Araşdırma başladı

17:23 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Gürcüstanın Abxaziya ərazisində yaşayan bir qrup şəxsin Azərbaycan Respublikasına qarşı törətdikləri cinayət əməllərinə dair Baş Prokurorluqda toplanmış material üzrə araşdırma aparılıb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, araşdırmalarla Gürcüstanın Abxaziya ərazisində yaşayan Seyran Kocamanyan, Qalust Trapizonyan və qeyrilərinin çağırışı və rəhbərliyi altında 20-dən çox şəxsin 2020-ci ilin oktyabr ayında qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olmuş digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən.