14:30 - 12.11.2020
12 noyabr, Fineko/abc.az. Gələn il Şuşada Beynəlxalq Kulinariya Festivalı keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov Trend-ə açıqlamasında qeyd edib.
Bildirilib ki, tədbir avqustun 10-da start götürəcək və beş gün davam edəcək. Festival Qarabağ mətbəxinə həsr ediləcək və 5 nəfərdən ibarət qruplar yarışacaq.
İştirakla bağlı müraciətlər 1 iyun, 2021-ci ilədək qəbul ediləcək.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026