17:33 - 11.11.2020
11 noyabr, Fineko/abc.az. Təhsil Nazirliyi Şuşa rayonunun təhsil statistikasını açıqlayıb.
ABC.AZ xəbər verir ki, 1992-1993-cü tədris ilində Şuşa şəhərində 23 məktəb fəaliyyət göstərib.
Bu məktəblərdə 582 müəllim çalışıb və 2836 şagird təhsil alıb. 2020-2021-ci illərdə isə Şuşada 21 məktəb fəaliyyət göstərib.
Müəllimlərinin sayı 457, şagirdlərinin sayı isə 5380 olub.