11:45 - 14.02.2018
14 fevral, Fineko/abc.az. ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Xüsusi elçi xanım Syu Saarnionu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.