14:48 - 6.11.2020
6 noyabr, Fineko/abc.az. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.
ABC.AZ xəbər verir ki, qurum “Fərhad” MMC-ni qalib elan edib. Şirkət bundan sonra Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və II Şıxlı kəndlərinin əkin sahələrinin su ilə təmin etmək məqsədilə su-nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası ilə məşğul olacaq.
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC qalib şirkətə 2 milyon 425 min manat ödəyəcək.
Müəllif: Elmir Murad
27 İyul 2026