17:12 - 12.02.2018
12 fevral, Fineko/abc.az. “Azərsu” ASC abunəçilərə göstəriən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görür.
“Azərsu” ASC-dən verilən məlumata əsasən, xidmətlər “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə göstərilir.
“2017-ci ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə 55092 müraciət daxil olub. Müraciətlərin 26793-ü “ASAN xidmət”, 28299-u isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb”, - məlumatda belə deyilir.
“ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026