Müdafiə Nazirliyi: “Motoatıcı alayın komandiri məhv edilib”
21:52 - 3.11.2020
3 noyabr, Fineko/abc.az.
Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.
Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub.