Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır
20:09 - 3.11.2020
3 noyabr, Fineko/abc.az. Ermənistan hazırda elə bir vəziyyətdədir ki, artıq nə edəcəyini və hansı yalan və böhtan xarakterli məlumat yayacağını bilmir.
Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Düşmən Azərbaycan hərbi aviasiya vasitələrinin guya Şuşa və Xankəndidə dinc əhalini atəşə tutması barədə yalan məlumatlar yaymağa davam edir.
Biz bir daha bildiririk ki, Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır.