16:31 - 2.11.2020
2 noyabr, Fineko/abc.az. Bu ilin 9 ayında (yanvar-sentyabr) ölkəyə 151,1 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 256,4 milyon dollar olub.
Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə dəyəri 298,8 milyon dollar olmaqla 166,6 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026