10:07 - 2.11.2020
2 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi baş ofisi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.
ABC.AZ-ın məlumatına görə, şirkətin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşması ciddi etiraza səbəb olub.
Belə ki, Azərbaycanın ən böyük supermarketlər şəbəkələri “Rahat”, “Bravo”, “Grandmart”, “BazarStore”, “Bolmart” bir neçə saat ara ilə “Johnsons” şirkətinə aid məhsulları boykot etdi, onlara aid hər şeyi vitrinlərdən yığışdırdı. Eyni zamanda "Zəfəran Aptek", "Günəbaxan Aptek", "aptekonline.az" və "Kanon Aptek" də boykota qoşulub! "Johnson & Johnson" məhsullarını rəflərdən yığıblar.
Həmin şirkətin mallarının satışını dayandırıb, məhsulları geri qaytaracaqlarını elan ediblər.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026