10:24 - 23.10.2020
23 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi 23 oktyabrda Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfər edəcək.
ABC.AZ-ın məlumatına görə, XİN rəhbərinin Vaşinqtonda Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.
ABŞ Dövlət Departamentinin Mətbuat xidməti görüşün keçirilmə saatı ilə bağlı məlumat yayıb.
Qeyd olunub ki, Pompeonun Ceyhun Bayramovla görüşü saat 09:30-da yəni Bakı vaxtilə saat 17:30-da baş tutacaq.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026