16:51 - 22.10.2020
22 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi bu ilin 9 ayında dəmir yolu nəqliyyatı ilə aparılan əməliyatlarla bağlı hesabat açıqlayıb.
ABC.AZ-ın məlumatıba görə, sözügedən dövrdə dəmir yolu nəqliyyatı ilə 1 milyon 600,8 min ton yük ixrac olunub. İxrac olunan yükün dəyərinə gəldikdə isə bu 318 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 624,2 min ton, dəyəri isə 1 milyard 552,6 milyon dollar olub.
5 Avqust 2026
5 Avqust 2026