12:31 - 16.10.2020
16 oktyabr, Fineko/abc.az. Azərbaycanda “Covid -19” virusuna yoluxma hallarının sürətlə artması nəzərə alaınaraq Nazirlər Kabineti yanında Operativ Qarargah özəl sektorda fəaliyyət göstərən müəssisələrə bəzi tövsiyələr edib.
ABC.AZ xəbər verir ki, tövsiyələrdə zəruri hesab edilən işçi heyətini məhdud sayda işə cəlb etmək və digər işçilərin maksimum məsafədən işləməsini təmin etmək qeyd olunub.
"Ən zəruri hallar istisna olmaqla 65 yaşdan yuxarı əməkdaşlar əməkhaqqı saxlanmaqla müvəqqəti olaraq işə cəlb olunmasın" deyə sahibkarlara müraciətdə bildirilir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026