“Pepsi Bakı”nın istehsalçısı böyüyür: “Novara Capital” “Mars Overseas”ə qoşuldu

10:38 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Azərbaycanda “Pepsi”, “Lay’s” kimi beynəlxalq brendlərin və “Jalə”, “Natura” kimi yerli içkilərin istehsalçısı olan “Mars Overseas Baku Ltd” MMC yenidən təşkil olunub.

2014-cü ildə yaradılan və 2,3 milyon manat nizamnamə kapitalına malik “Novara Capital” MMC fəaliyyətinə xitam verərək müstəqil şirkət kimi “Mars Overseas Baku Ltd”yə qoşulub.

Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən “Mars Overseas Baku Ltd”nin nizamnamə kapitalı 113,8 milyon manat təşkil edir. Şirkətin Qəbələ, Lənkəran və Qubada iri istehsal müəssisələri mövcuddur.