13:12 - 11.10.2017
Yanvar-sentyabr aylarında Azərbaycanda 28,3 milyard manat həcmində sənaye məhsulu istehsal olunub.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən xəbər verildiyi kimi, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1% artmış, neft sektorunda isə 6,6% azalmışdır.
“Sənaye məhsulunun 70,2% mədənçıxarma sektorunda, 24,6% emal sektorunda, 4,4% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur”, - məlumatda belə deyilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026