Sənaye məhsulu istehsalı bu qədər azalıb – Hesabat

11:45 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-sentyabr aylarında 27,8 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu geriləmə neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması hesabına baş verib.

Qeyd olunub ki, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 10,8 faiz artıb.

Müəllif: Elmir Murad