14:09 - 14.10.2020
14 oktyabr, Fineko/abc.az. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan ordusuna muzdluların cəlb edilməsinə münasibət bildirib.
ABC.AZ-ın məlumatına görə, H.Hacıyev Ermənistanın rəsmi şəxslərinin açıq şəkildə xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə cəlb etdiklərini deyib:
"Bu gün həm müxtəlif internet resurslarında, həm də sosial şəbəkələrdə digər ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirakı ilə bağlı çoxsaylı məlumatlara rast gəlinir. Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini açıq şəkildə pozur”.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026