12:06 - 11.10.2017
2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 13,9% təşkil etmişdir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən xəbər verdilər ki, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,9%, qeyri-ərzaq mallarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% bahalaşmışdır.
“Cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşmışdır”, - məlumatda belə deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
29 İyul 2026