Ölənlərin sayı və dəymiş ziyan açıqlandı - Prokurorluq məlumat yaydı

11:24 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər yaralanıb. Bundan başqa, 63 mülki obyekt və 376 yaşayış evi yarasız hala düşüb.