12:22 - 2.02.2018
2 fevral, Fineko/abc.az. Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, danışıq əsnasında Serqey Lavrov və Elmar Məmmədyarov regional və beynəlxalq əhəmiyyətli mövzuları müzakirə etdilər.
“O cümlədən, Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - H.Hacıyev belə deyib.