14:23 - 23.09.2020
23 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi Naxçıvan MR-də 2020-ci ilin yanvar-avqust ayları üzrə bəzi statistik rəqəmlər açıqlanıb.
ABC.AZ-ın Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, sözügedən dövrdə 323 milyon 769 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Bu isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Hesabat dövrü ərzində diri çəkidə ət istehsalı 14779 ton, süd istehsalı 69098 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,8 faiz, süd istehsalı isə 1,4 faiz artıb.
Müəllif: Elmir Murad
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026