12:17 - 21.09.2020
21 sentyabr, Fineko/abc.az. Azərbaycanda artıq təhsil müddəti də ümumi pensiya stajına daxil ediləcək.
ABC.AZ-ın məlumatına görə, bunu DSMF-nin əməkdaşı Ayxan Məcidli sosial şəbəkədə keçirdiyi onlayn brifinqdə bildirib.
O, qeyd edib ki, təhsil müddəti ilə bağlı xeyli müraciətlər olduğuna görə, yenə təhsil müddəti əmək pensiyası stajına daxil edilib: "Əgər 5-6 il əvvəl vətəndaşlar pensiya üçün müraciət edərkən, onların təhsil müddəti nəzərə alınmayıbsa, yenidən DSMF-yə müraciət edib həmin müddəti pensiya stajına əlavə etdirə bilərlər. 2006-cı ilə kimi pensiya üçün əsas staj nəzərə alınırdısa, 2006-cı ildən sonra fərdi hesabda toplanan vəsait nəzərə alınır".
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026