Qonşu ölkədə dollar və avro durmadan bahalaşır

10:14 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Gürcüstanda ABŞ dollarının lariyə münasibətdə bahalaşması davam edir.

ABC.AZ xəbər verir ki, Gürcüstanın Milli Bankı bu gün 1 ABŞ dollarının dəyərini 3,1546 lari səviyyəsində müəyyən edib.

Ölkədə avronun da dəyəri artmağa başlayıb. Bu xarici valyuta günlük müqayisədə 0,0343 lari artaraq 3,7521 lari təşkil edir.

Müəllif: Elmir Murad