14:10 - 14.09.2020
14 sentyabr, Fineko/abc.az. Bu gün Gürcüstandan təxliyə edilən daha 350 nəfər "Sınıq körpü" sərhəd-keçid məntəqəsindən Azərbaycana yola salınıblar.
ABC.AZ xəbər verir ki, təxliyə edilənlərdən 97-si Azərbaycan, 240-ı Gürcüstan, 6-sı Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə, 3-ü Ukrayna və 1-i Pakistan vətəndaşıdır.
Həmin şəxslər ötən gün Marneulidəki klinikalardan birində COVID-19 testi veriblər və onların hər birində analiz cavabı neqativ olub.
Təxliyə edilənləri Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edir. Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.
Müəllif: Elmir Murad
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026