10:05 - 14.09.2020
14 sentyabr, Fineko/abc.az. Gürcüstandan daha 350 nəfərə yaxın vətəndaşımızın ölkəmizə təxliyəsi həyata keçiriləcək. Onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Ukrayna vətəndaşları olan azərbaycanlılar da var.
ABC.AZ xəbər verir ki, onlar xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək səfirlik 2 mindən çox azərbaycanlının Gürcüstandan təxliyəsini həyata keçirib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026