Bu qədər şəxsə pensiya təyin olundu – Yaş hədlərinə çatmalarını gözləmədən

11:30 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə çatmalarını gözləmədən, daha erkən dövrdə yaşa görə müavinət hüququ qazanıblar.

Ümumilikdə, yaşa görə müavinətlə təmin olunanların sayı hazırda 100 minə yaxındır.