11:27 - 10.09.2020
10 sentyabr, Fineko/abc.az. Şabranın Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 20 tona yaxın məhsul yığılması gözlənilir.
ABC.AZ-ın məlumatına görə, badam ağaclarının böyüməsi, həm də keyfiyyətli aqrotexniki qulluq nəticəsində bu il məhsuldarlıq iki dəfə artıb.
Badam ağacları tam məhsula düşəndən sonra isə hər hektardan 6-10 ton məhsul verəcək.
Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda isə 10 hektar badam bağı salınıb.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026