12:01 - 9.09.2020
9 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ən çox avtobus idxal etdiyi ölkələrin adını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Azərbaycana ən çox avtobus Türkiyədən idxal olunub.
Hesabat dövründə Azərbaycan bu ölkədən 6,98 mln. dollar dəyərində 50 ədəd avtobus idxal edib.
İdxalda ikinci ən yüksək yerdə Rusiya qərarlaşıb. Şimal qonşumuzdan Azərbaycana 232,28 min dollar dəyərində 11 ədəd avtobus ixrac olunub.
Azərbaycana avtobus ixracına görə növbəti yerlərdə Koreya və Almaniya da var.
Adları çəkilən ölkələrdən hesabat dövründə Azərbaycana müvafiq olaraq 433,3 min dollar dəyərində 10 ədəd və 107,32 min dollar dəyərində 5 ədəd avtobus ixrac edilib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026