Tərtər və Bərdə rayonlarında yeni subartezian quyuları qazılır

15:36 - 8.09.2020


8 sentyabr, Fineko/abc.az. “Azərsu” ASC Tərtər və Bərdə rayonlarının kəndlərində yeni subartezian quyularının qazılmasına başlayıb.

Bu barədə ABC.AZ-a “Azərsu”ASC-dən məlumat verilib.

Qeyd olunur ki,  Tərtər rayonunun İsmayılbəyli, Sarov və Səhləbad, Bərdə rayonunun Xanxanımlı, İkinci Nazırlı və Kələntərli kəndlərinin hər birində subartezian quyuları qazılacaq.

Kənd sakinlərini təhlükəsiz içməli su ilə təmin etmək üçün yeraltı sulardan istifadə olunması qərara alınıb.

Bundan başqa Bərdə rayonunun Xanxanımlı kəndində də subartezian quyusunun  qazılmasına başlanıb.

 

Tərtər və Bərdə rayonlarında icra olunan layihələr çərçivəsində 6 kənddə 9 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılması və suvarma suyuna olan tələbatının ödənilməsi nəzərdə tutulur.