17:29 - 7.09.2020
7 sentyabr, Fineko/abc.az. Sentyabrın 15-dən etibarən Gürcüstana yollanacaq xarici ölkə vətəndaşları 72 saat qüvvədə olacaq koronavirus testinin nəticəsini təqdim etməli olacaqlar.
ABC.AZ-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
O deyib ki, bu qərar Gürcüstan vətəndaşları və əcnəbilərin sağlamlığını sığortalamaq məqsədilə qəbul olunub.
Müəllif: Elmir Murad