Bağçalar bu tarixdə açılır – Nazirlər Kabineti icazə verdi

17:05 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 15 sentyabr tarixindən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

ABC.AZ modern-ə istinadən xəbər verir ki, müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixinədək bağçaların tam açılması nəzərdə tutulur.

Həftə sonu hər bir bağçada tam dezinfeksiya işləri aparılacaq.

Bağçalarda sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.