Bu ölkələrdə "instagram"ın fəaliyyətində problem yaranıb – Siyahı

10:07 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Bir sıra ölkələrdə “İnstagram”-ın  fəaliyyətində problemlər yaranıb.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, problem daha çox xəbər lentinə baxışda yaranıb.

Belə ki, nasazlığın 71%-i xəbər lentinə baxışda, 11%-i paylaşım etməkdədir.

Sözügedən problem ən çox ABŞ, Böyük Britaniya, İspaniya, İtaliya, Hindistan, Braziliya və Rusiyada hiss olunub.

Müəllif: Elmir Murad