15:09 - 2.09.2020
2 sentyabr, Fineko/abc.az. “Azərsu” ASC Bakıətrafı qəsəbələrdə avtomobil yollarının yenidən qurulması tədbirləri çərçivəsində Sabunçu rayonunun Zabrat qəsəbəsinin bir hissəsində yeni içməli su şəbəkəsinin inşasına başlayıb.
Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.
Zabrat qəsəbəsində icra olunan layihə Aşıq Ələsgər, Mirzə Mənsur, Bəşir Səfəroğlu və Murad Mirzəyev küçələrini əhatə edəcək.
“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi tərəfindən icra olunan layihə çərçivəsində ərazidə 6 km uzunluğunda su xətləri çəkiləcək. Bununla da Zabrat qəsəbəsində 2 mindən çox sakin içməli su ilə təmin olunacaq.