Əli Həsənov iddialara cavab verdi – Azərbaycana qayıdacam

12:20 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov feysbukda paylaşım edərək onun da məsuliyyətə cəlb edilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

ABC.AZ xəbər verir ki, sabiq şöbə müdiri qeyd edib ki,  mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur.

"Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam" deyə Ə. Həsənov bildirib.