17:12 - 31.08.2020
31 avqust, Fineko/abc.az. İxrac İcmalı”nın avqust sayında iyul ayı üzrə qeyri-neft sektoru üzrə ən çox ixrac edilən ölkələrn siyahısı verilib.
ABC.AZ xəbər verir ki, cari ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar təşkil edib.
Bu ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (48,3 milyon dollar), Türkiyəyə (27,8 milyon dollar), İsveçrəyə (11,5 milyon dollar), Gürcüstana (7,5 milyon dollar) və Çinə (3,4 milyon dollar) ixrac edilib.
2020-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (16,4 milyon dollar) birinci, pambıq mahlıcı (12,1 milyon dollar), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 10,7 milyon dollar) üçüncü yerdə qərarlaşıb.