14:37 - 31.08.2020
31 avqust, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına 374,5 milyon dollar ixrac sifarişləri daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artım demekdir.
ABC.AZ xəbər verir ki, bu barədə “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayında təqdim edilib.
Qeyd olunur ki, 2020-ci ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 55 milyon dollar təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 26,4 % artıb.
Cari ilin iyul ayında ən çox ixrac sifarişi pambıq mahlıcı və pambıq yağı, fındıq ləpəsi, pomidor, tütün, toyuq əti, alma, toyuq yumurtası, quru süd, qənnadı məhsulu, şərab, tikinti materialı, mühərrik yağı, kosmetik vasitə, sarımsaq, nar şirəsi, uşaq bezi, Naftalan yağı və s. mallara daxil olub.
2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 iyul tarixinə kimi (43 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 959,3 milyon dollar təşkil edib.
3 Avqust 2026
3 Avqust 2026