27 avqust, Fineko/abc.az. Gürcüstanda sentyabrın 15-də bütün məktəblər açılacaq. Uşaq bağçalarının açılışı isə oktyabrın 1-nə nəzərdə tutulur.
Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib. Onun sözlərinə görə, sentyabrın 15-dən Gürcüstandakı muzeylər və teatrlar da fəaliyyətini bərpa edəcək.
Kinoteatrlar isə oktyabrın 1-dən fəaliyyətə başlayacaq.
Baş Nazir deyib ki, məktəb və uşaq bağçalarında sürətli dezinfeksiya tədbirləri görülür. Təhsil və uşaq tərbiyə müəssisələrinin fəaliyyəti üçün müəyyən qaydalar da işlənib hazırlanıb.