15:44 - 26.08.2020
26 avqust, Fineko/abc.az. Sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməsi ilə bağlı informasiyalar paylaşılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən ABC.AZ-a bildiriblər ki, bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən müvafiq yoxlama aparılıb.
Yoxlama zamanı Əsgər Həsənovun prokurorluq orqanlarında formalaşdırılmış nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi müəyyən edilib. Onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı Baş prokurora təqdimatla müraciət olunub.
Baş prokuror Kamran Əliyevin 2020-ci il 26 avqust tarixli əmri ilə Əsgər Həsənov rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
30 Sentyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026