Tovuzda mülki əhaliyə dəyən zərərin aradan qaldırılması üçün 450 min manat ayrıldı

15:25 - 25.08.2020


25 avqust, Fineko/abc.az. Baş Nazir Əli Əsədov  Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün  Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450.000 manat məbləğində vəsait ayrıldı.