14:14 - 25.08.2020
25 avqust, Fineko/abc.az. Mərkəzi Bankın lisenziyasını ləğv etdiyi "Atrabank" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Müdafiə Sənayesi Nazirliyinə məxsus "Avia-Aqreqat Zavodu" MMC-ni məhkəməyə verib.
ABC.AZ renkinq-ə istinadən xəbər verir ki, iddiaya səbəb kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə mübahisələrdir.
İlkin instansiya məhkəməsindən keçmiş işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Cahangir Yusifovdur.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026